Türkiyədə dollar artıq 7.8 lirəni test edib

Türk lirəsi ABŞ dolları qarşısında yenidən ucuzlaşıb, anti-rekord yeniləyir.

Banker.az Hürriyet-in BigPara platformasına istinadən xəbər verir ki, 1 dollar 7.7632 Türk lirəsi təşkil edib. Bu Bakı vaxtı ilə 12:20 radələrinə olan göstəricilərdə belədir.

Bu isə sessiya ərzində ABŞ valyutasının Türkiyədə 0.11 lirə və ya 1.42% ucuzlaşması deməkdir.

Gecə saatlarında isə məzənnə hətta səhər saatlarında 7.8 USD/TRY səviyyəsini də test edib, bir neçə müddət isə hətta yuxarı həddə keçib.

Qeyd edək ki, Türkiyə valyutası dollar qarşısında son bir ildə 34% dəyər itirib.