4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Türkiyədə dollar/TL 14-ə yaxın göstəricini test edir

ABŞ dollarının əsas valyutalar qarşısında bahalaşması, Türkiyə rəsmlərinin faizlərə dair açıqlamaları və eləcə də TCMB-nin valyuta bazarına müdaxiləsi xəbərləri ardından Türk lirəsini (TL) tarixi  minimuma endirib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:00 radələrinə USD/TRY cütlüyünün məzənnəsi 13.8725 səviyyəsinə düşüb. Bu da ticarət sessiyasında 21 kuruş, yaxud 1.53% yüksəlmiş olur. Bu da sonuncu dəfə 30 noyabrdan bu tərəfə qeydə alınmış ən yüksək göstəricilərdən biridir. Lakin bildirməliyik ki, hazırda məzənnədə volatillik davam edir.

ABŞ dollarının indeksi ölkədə yayımlanan əmək bazarına dair açıqlamalarla 0.2% artımla 96.305 səviyyəsini görüb.

Oxşar yazı: Lirənin ucuzlaşmasında iqtisadi və siyasi səbəblər: 12 TL qırmızı xətdirmi?

EUR/USD cütlüyü 0.1% enişlə 1.1284 səviyyəsində olarkən, GBP/USD cütlüyü 0.2 azalaraq 1.3279 səviyəsində ticarət olunub. USD/JPY cütlüyü 0.2 yüksəlişlə 113.34 səviyyəsinə və AUD/USD cütlüyü isə 0.4% enişlə 0.7066 səviyyəsinə düşüb.

Digər lirəyə təziyiq yaradan isə noyabr ayı üzrə ekspertlərin inflyasiyanın 20.7% olacağı ilə verdiyi proqnozlardır. Hazırda ölkədə uçot faiz dərəcəsi isə 16% götürülür. İnflyasiyaya rəğmən ölkə lideri son açıqlamasında da aşağı faiz dərəcəsini leyhinə olduğunu, bununla inflyasiyanı qarşılayacağını bildirmişdi.

Bundan əlavə, TCMB-nin məzənnəni qorumaq üçün valyuta bazarına birbaşa təzyiq edildiyi açıqlanıb.

Son xəbərlər
Oxşar xəbərlər