Türkiyədə dolların məzənnəsi rekordu təzələdi

Türkiyədə dolların məzənnəsi yenidən yüksəlməyə başlayıb.

Dollar türk lirəsinə nisbətdə 4,57 lirəyə qədər bahalaşıb.

Avro/lirə məzənnəsi 5,36 lirə təşkil edib.

Qeyd edək ki, ötən həftə Mərkəzi Bank türk lirəsinin dəyərsizləşməsinin qarşısını almaq məqsədilə önəmli addımların atılacağını bəyan etmişdi. Bu bəyanatdan sonra dollar lirəyə nisbətdə 8-10 kuruş ucuzlaşmışdı.

Türtkiyəli ekspertlərin rəyinə görə, lirənin mənzənnəsinə neftin dünya bazar qiymətinin 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları keçməsi təsir edir. Belə ki, neftin bahalaşması enerji idxalçısı olan Türkiyənin valyutasını ucuzlaşdırır.

Bu arada, Türkiyə Mərkəzi Bankının lirəni qoruyub-saxlamaq üçün faiz artımına gedəcəyi gözlənilmir.