Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı iyulda kəskin artıb

Turkish flag flies next to a construction site at the business district of Maslak in Istanbul Turkey, Thursday, Dec. 1, 2016. Kostas Tsironis

Bu ilin iyul ayında Türkiyədə fəaliyyəti dayandırmış şirkətlərin sayı iyun ayı ilə müqayisədə 32,9% çox, ötən ilin iyul ayına nisbətən 13,2% az olub.

Türk mətbuatına istinadən, bu rəqəmləri Türkiyənin ticarət palatalarl və birjalar birliyi açıqlayıb.

Qurm həmçinin bəyan edib ki, iyulda ölkədə yeni açılmış şirkətlərin sayı iyunla müqayisədə 2,2%, 1 il əvvələ nisbətən isə 30,8% çox olub.

– Report