12 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Türkiyədə faiz qərarı öncəsi USD/TRY məzənnəsi 6.97-yə düşdü!

Türkiyədə dolların məzənnəsi avqust ayından bu tərəfə ilk dəfə 7 lirədən aşağı düşdü.

Banker.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankının Bakı vaxtı ilə 15:00-a gözlənilən faiz qərarı və eləcə də israrlı sərt pul siyasəti gözləntisi lirənin məzənnəsində önəmli möhkəmlənməyə motiv olub.

İstanbul birjasında USD/TRY valyuta cütlüyünün məzənnəsi hazırkı (13:38) radələrdə 6.9765 səviyyəsində müəyyən olunub. Bu isə sessiya ərzində 0.84% və yaxud 6 kuruş azalma deməkdir. USD/TRY cütlüyü sonuncu dəfə avqustun 4-də 6.9265 səviyyəsində olmuşdu.

Bu gün keçirilən TCMB-nin repo əməliyyatında isə 51 milyard lirəlik təklifə 111.1 milyard lirəlik tələb baş verib. Uçot faiz dərəcəsi 17% müəyyən edildiyi halda, faiz dərəcəsi 18.5% təşkil edib.

Türkiyədə dolların məzənnəsi avqust ayından sonra siyasi təzyiqlər və pandemiya fonunda yaranan narahatçılıqlarla 7 lirəni ötərək 8.5 lirələrə qədər  kəskin artmışdı.

Noyabr ayının ilk günündən qismən artım səngisə də Türkiyə Mərkəzi Bankına Naci Ağbalın sədr kimi gəlməsi və dekabrın ortasından sərt monetar siyasəti ilə bağlı qəraından sonra lirə mühüm dərəcədə əvvəlki gücünü qaytara bildi. N.Ağbal faiz dərəcəsi ilə bağlı “Reuters”ə son açıqlamasında azaldılmağa hələ ki gözlənilmədiyini və bunun inflyasiya və makroiqtisadi durumdan aşlı olaraq qəbul ediləcəyini bildirmişdi.

Bununla belə, ABŞ valyutasının ucuzlaşmasında digər səbəbi kimi indeksin 6 əsas valyuta qarşısındakı zəifləmə ilə də əlaqələndirirlər. Belə ki, hazırda USDX indeksi 90.302 bənd təşkil edir. Bu da sessiya ərzində  0.168 bənd (0.19%) azalma deməkdir.

Lakin digər tərəfdən EUR/TRY cütlüyündə də enişlər var. Hazırda bu cütlük 8.4760 müəyyən olunub ki, bu da 0.59% eniş deməkdir.

Son xəbərlər
Oxşar xəbərlər