26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Türkiyədə inflyasiya səviyyəsi yüksəlib

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyədə avqust ayında illik inflyasiya istehlak qiymətləri üzrə 19,25 %, istehsal qiymətləri üzrə isə 45,52 % təşkil edib.

Bu barədə Türkiyə Statistika İdarəsinin məlumatında bildirilib.

İstehlak qiymətləri indeksi avqustda aylıq ifadədə 1,12 %, istehsal qiymətləri indeksi isə 2,77 % artıb.İstehlak qiymətləri indeksində illik ifadədə ən az artım alkoqollu içkilər və tütün məmulatlarında (1,79 %) olub. Sonrakı sırada isə kommunikasiya xidmətləri (4,79 %), geyim və ayaqqabı (7,47 %), təhsil haqları (10,75 %) gəlir. Ən yüksək artım isə qida və alkoqolsuz içkilərdə (29 %) müşahidə olunub. Sonrakı sırada isə ev əşyaları (22,91 %) nəqliyyat xidmətləri (21,76 %) yer alıb.İstehlak qiymətləri indeksində aylıq ifadədə azalma göstərən sahələr geyim və ayaqqabı (3,08 %) və nəqliyyat xidmətləri (0,77 %) olub, alkoqollu içkilər və tütün məmulatları (0,18 %), səhiyyə (0,31 %) və təhsil (0,58 %) haqları üzrə ən az artım qeydə alınıb. Ən yüksək artım isə ardıcıl olaraq qida və alkoqolsuz içkilər (3,18 %), restoran və otel sahəsində (2,27 %) və ev əşyaları (1,38 %) üzrə yaşanıb.İstehsal qiymətləri indeksində illik ifadədə ən az artım geyim əşyaları (10,77 %), dəri və əlaqədar məhsullar (12,73 %) üzrə olub. Ən yüksək artım isə əsas metallar (100 %-dən çox), koks və təmizlənmiş neft məhsulları (92,19 %), xam neft və təbii qaz (82,69 %) üzrə nəzərə çarpıb.İstehsal qiymətləri indeksində aylıq olaraq koks və təmizlənmiş neft məhsulları (3,11 %), əsas əczaçılıq məhsulları və preparatları üzrə (0,14 %) azalma qeydə alınıb. Ən yüksək artım isə elektrik, qaz və buxar istehsalı (19,53 %), ağac və mantar istehsalı (mebel məhsulları istisna olmaqla) (6,61 %) və metal filizləri (5,54 %) üzrə müşahidə edilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər