26 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə karantin rejimi yumşaldılır

Türkiyə Daxili İşlər Nazirliyi COVID-19-a qarşı məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasına dair sənəd təqdim edib. Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sənədə əsasən ticarət mərkəzləri, habelə paltar və eş əşyaları mağazaları iş günlərində saat 10:00-dan 20:00-dək fəaliyyət göstərəcəklər.

Ölkədə 1 iyuna qədər saat 21:00-dan 5:00-dək komendant saatı tətbiq edilib. Restoran və kafelər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərir.

Bildirildiyi kimi, məhdudiyyətlər turistlərə şamil olunmur, Türkiyədə yaşamaq icazəsi olan əcnəbilərdən isə yeni qaydalara riayət etməlidirlər. Türkiyə Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 14 may tarixində ölkədə 11 394 nəfər koronavirusa yoluxub.

Kəskin artım mart ayında başlayıb və 16 apreldə ən yüksək səviyyəyə çatıb – 63 082 nəfər.

Son xəbərlər
Digər xəbərlər