Türkiyənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, çərşənbə günü ölkədə koronavirusa yoluxma sayı rekord 27 356 olub ki, bu da may ayından bəri ən yüksək rəqəmdir.
Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
“Bu gün 278 263 test həyata keçirilib, nəticədə 27 356 yeni yoluxma halı qeydə alınıb, 128 nəfər ölüb”, – deyə mesajda bildirilir.
Qeyd edək ki, yanvar ayında Türkiyədə Çinin “CoronaVac” peyvəndi ilə vaksinasiyaya başlanılıb. Mart ayından etibarən ölkədə həmçinin “Pfizer/BioNTech” peyvəndlərindən də istifadə olunmağa başlayıb.
Aprelin sonunda Türkiyə Rusiyanın “Sputnik V” peyvəndinin istifadə edilməsinə icazə verib. Türkiyənin Səhiyyə Nazirliyinin vurğuladığı kimi, hal-hazırda təxminən 43 milyon vətəndaş peyvəndin bir dozasını, 31 milyonu isə iki dozasını alıb.