Türkiyədə cari ilin sonu üzrə istehlakçı indeksləri gözləntisi bu ilki bülletendə 11.15 faiz olub.
Banker.az xəbər verir ki, bununla bağlı Türkiyə Mərkəzi Bankının (TCMB) 2021-ci ilin yanvarı üzrə açıqlamasında qeyd edilir.
Bundan öncə TCMB-nin gözləntisinin 10.84 olduğu halda, hazırkı göstəricidə bunun 10.53 olacağı proqnozlaşdırılır.
TCMB-nin 2022-ci il üzrə isə bu rəqəm öncəki bülletenlərdə 9.24 faiz inflyasiya gözlədiyi halda, yanvardakı bülletendə bunun 9.14%-ə qədər azaldıb.
Bununla belə, bülletendə Türkiyənin milli valyutasının lirənin (TRY) ABŞ valyutasına qarşı öncəki proqnozunu bir qədər aşağı salıb. Yeni proqnozda 1 ABŞ dollarının 8.09 lirə olacağını proqnoz edir. Bu öncəki bülletendə 8.37 lirə idi. Hazırda USD/TRY məzənnəsi cütlüyünün məzənnəsi 7.42-dir.
Xatırladaq ki, TCMB-nin Pul komitəsi son ayda sərt pul siyasətini makroiqtisadi və ən əsası isə inflyasiya göstəricilərini nəzərə alaraq atır. Məsələn, dekabr ayının 20-də TCMB uçot dərəcəsini 15%-dən 17%-ə yüksəldib. Bu isə inflyasiya “gərginliyini” bir qədər yumşalda bilib, milli valyuta dollara qarşı möhkəmlənib.







