-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Türkiyədə milyonerlərinin bank əmanətlərinin həcmi 670 mlrd. lirə artıb

Türkiyədə hesabında bir milyon lirə vəsaiti olan əmanətçilərin sayı bu ilin 10 ayında 96 784 nəfər artmaqla, milyonerlərin əmanətlərinin toplam həcmi  2 trilyon lirənin üzərinə çıxıb. Banker.az bunu Türkiyənin BloombergHT agentliyinə istinadla yazır.

Türkiyənin Bank Tənzimləmə və Nəzarət Qurumu (BDDK) icmal göstəricilərinə görə, ölkədaxili və xaricində yerləşən milyonerlərin  oktyabrın sonu etibarilə 322 225 nəfər olub. Əvvəlki ilin analoji dövrində bu rəqəm 225 441 nəfər idi.

Milyonerlərin toplam əmanətlərinin həcmi oktyabrın sonuna 2 trilyon 61 milyard 497 milyon (2 061 497 mln. lirə) çatmışdır. Beləliklə milyonerlərin adambaşına düşən ortalama depozit həcmi 6 milyard 398 min lirə olub.

Ötən ilin sonunda 1 trln. 391 mlrd. 599 mln. lirə səviyyəsində olan milyonerlərin cəmi depozitləri 10 ay müddətində 669 mlrd. 898 mln. lirəlik ( hazırkı məzənnə ilə: 85.2 mlrd. ABŞ dolları) artım deməkdir.

Türkiyənin xaricində olan milyonerlərin sayı 10 ay ərzində (yanvar-oktyabr) 85 765 nəfər artaraq 287 785 yüksəlmişdir. Bu şəxslərin toplam depozitlərinin həcmi isə 1 trln. 924 mlrd. 927 mln. lirəyə yüksəlib.

İllər     Əmanətçi sayı Depozit həcmi (milyon TL)

2012   54.461            373.384

2013   70.498            484.901

2014   81.398            533.544

2015   98.497            649.994

2016   115.896          775.142

2017   138.980          909.979

2018   180.126          1.109.859

2019   225.441          1.391.599

Okt. 2020       322.225          2.061.497

Son xəbərlər
Oxşar xəbərlər