27 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə növbəti prezident seçkilərinin vaxtı açıqlanıb

Türkiyənin Ədliyyə Nazirliyinin rəhbəri Bəkir Bozdaq cümə günü bildirib ki, Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək. “Türkiyədə prezident seçkiləri 2023-cü il iyunun 18-də keçiriləcək. Bu, prezidentimizin [Rəcəb Tayyib Ərdoğanın] iştirak edəcəyi ikinci seçkilər olacaq”, – deyə nazir söyləyib.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Türkiyədə prezident və parlament seçkiləri, yerli qanunvericiliyə görə, eyni gündə keçirilir və ilkin olaraq 2023-cü ilin iyun ayına təyin edilib. Hakim Xalq Alyansı daha əvvəl bəyan etmişdi ki, onların vahid namizədi hazırkı prezident Ərdoğan olacaq. Altı partiyanın bloku ilə təmsil olunan müxalifət hələ ki, öz namizədini açıqlamayıb.

Son xəbərlər
Digər xəbərlər