26 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə rekord aylıq ixrac qeydə alınıb

Türkiyə tarixində rekord aylıq ixracat göstərici qeydə alınıb.

Banker.az xəbər verir ki, bununla bağlı Türkiyənin ticarət naziri Mehmet Muş açıqlama verib. O qeyd edib ki, aprel ayında ixracat əvvəlki ilin eyni ayı ilə müqayisədə 24.6% artaraq $23.4 mlrd. olub. Nazir bildirib ki, bu rəqəm bütün zamanların ən yüksək aylıq ixracat göstəricisidir.

Aprel ayında idxal isə 35% artaraq $29.5 mlrd. olub. $7.7 mlrd.-lıq payla enerji idxalda əhəmiyyətli yer tutmağa davam edib.

Beləliklə, ilin ilk 4 ayında ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7% artaraq $83 mlrd. 565 mln.-a çatıb. Eyni dövrlərdə idxal 40.1% artaraq $116 mlrd. 73 mln. olub.

Son xəbərlər
Digər xəbərlər