10 C
Baku
Friday, October 25, 2024

Türkiyədə saxlanılan jurnalistlər Rusiyaya deportasiya edilib

Ötən həftə Türkiyədə saxlanılan NTV telekanalının jurnalistləri Rusiyaya deportasiya edilib.

Banker.az xəbər verir ki, bu barədə televiziya şirkətinin rəsmi saytında deyilir.

“Mərkəzi Televiziya proqramının işçiləri olan həmkarlarımız Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadırlar. Hər şey qaydasındadır. Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Ankaradakı səfirliyinə təşəkkür edirik”, – telekanalın mesajında deyilir.

Xatırladaq ki, İstanbulda olan Aleksey Petruşko və İvan Malışkin hərbi dronların istehsalı yaxınlığında çəkiliş apardıqlarına görə səlahiyyətli orqanlar tərəfindən 4 dekabr tarixində saxlanılıblar.

Son xəbərlər
Digər xəbərlər