11 C
Baku
Friday, October 25, 2024

Türkiyədə soğan problemi daha da kəskinləşdi

Aylıq tələbatı 150 min ton olan ölkəyə iki ayda cəmi 28 min ton soğan idxal edilib

Türkiyə hökuməti soğan idxalından bütün vergi və rüsumları ləğv edən qərarının müddətini ayın sonunadək uzatdı. Bunun əsas səbəbi xaricdən soğan idxalının ölkənin daxili tələbatını təmin edəcək səviyyədə olmamasıdır. Belə ki, Türkiyənin aylıq soğan istehlakı 150 min ton təşkil edir. Bu istehlakın qarşılığında ölkəyə yanvar-fevral aylarında cəmi 28 min ton soğan idxal olunub.

Hökumət soğan idxalını vergi-rüsumlardan ilk dəfə yanvarın 14-dən fevralın 28-dək azad etdi. İdxalın həcmində gözlənilən artım olmadığına görə soğanın qiyməti 10 lirəyə yüksəldi. Buna görə də qərarın müdəti martın 31-dək uzadıldı. Bu müddətdə də idxalat yetərli olmadı və hökumət qərarı yenidən aprelin sonunadək tətbiq etməyə məcbur oldu.

Türkiyəyə quru soğan əsasən İran, Özbəkistan, Rusiya, Qazaxıstan və Azərbayacandan idxal olunur. Bunların arasında ən ucuzu İrandan idxal edilən məhsuldur. Məlum olduğu kimi, mart ayının sonlarında İran, aprelin əvvəlindən isə Azərbaycan soğan ixracına məhdudiyyət tətbiq edib. Bu isə Türkiyədə yaxın həftələrdə soğanın qiymətində daha yüksək artım olacağını göstərir.

Son xəbərlər
Digər xəbərlər