26 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Türkiyədə son 17 ayın ən yüksək inflyasiya rəqəmləri qeydə alındı

Screen Shot 2021 09 02 at 14.34.20

BANKER.AZ – Türkiyədə 2021-ci ilin ilk inflyasiya rəqəmləri açıqlandı. Türkiyə Statistika Komitəsinin açıqlamasına görə, yanvar ayı üzrə istehlak qiymətləri aylıq 1.68%, illik isə 14.97%-ə yüksəlib.

Bu səviyyə 2019-cu ilin avqustundan sonra qeydə alınan ən yüksək rəqəmdir. On iki aylıq ortalama göstəricilərə görə, ölkədə artım 12.53% təşkil edib.

Bu rəqəmlərin ardından isə ölkədə milli valyuta əsas rəqib pulları qarşısında önəmli müqavimətə keçib.

Dollar/lirə cütlüyünün məzənnəsi Bakı vaxtı ilə saat 13:20 radələrinə 7.1589 səviyyəsinə düşüb. Bu günlük 0.58% eniş olması deməkdir.

Ölkədə lirənin bahalaşması səbəbi təbii, Türkiyə Mərkəzi Bankı və ölkənin xarici əlaqələrində önəmli irəliləyişlərlə əlaqələndirilir.

Mərkəzi Bank son iclasda da bildirib ki, sərt pul siyasəti davam edə bilər. Sərt pul siyasəti dedikdə faiz dərəcələrinin 17% üzərində dayanmasıdır. TCMB artıq dekabrda uçot faiz dərəcəsini 15-dən 17%-ə yüksəldib. Son iclasda requlyatorun yumşalmaya getməsi ehtimalı olsa da, son açıqlamada, əksinə istehlak və makroiqtisadi durumdan asılı olaraq qərarlar veriləcəyi bildirilmişdi.

Son inflyasiya rəqəmləri isə sərt pul siyasətinin davam edəcəyindən xəbər verir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər