5 C
Baku
Wednesday, February 21, 2024

Türkiyədə sürət qatarının prototipi hazırlanır

Türkiyədə yerli istehsal olan sürət qatarları üçün layihənin həyata keçirilməsi istiqamətində işlər aparılır.

Bu barədə TÜRASAŞ holdinqin (Türkiye Raylı Sistem Araçları Sanayii A.Ş.) məlumatında bildirilir.

Qeyd olunur ki, layihənin hazırlanmasının ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Layihənin məqsədi ölkənin dəmir yolu qatarlarının ixracdan asılılığını azaltmaq və bu sahədə ixrac potensialının formalaşdırılmasıdır.

Layihə həyata keçirilərkən “Yeni Nəsil Milli Elektrik Qatarı” layihəsi çərçivəsində inkişaf etmiş infrastruktur və əldə olunan biliklərdən istifadə olunur.

Türkiyə istehsalı olan sürət qatarı 8 vaqondan ibarət olacaq və 582 sərnişini qəbul edəcək. Qatarın sürəti isə 225 km/saata çatacaq.

Hazırda dizayn işləri ilə yanaşı, prototip qatarın yaradılması prosesinə də başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər