5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Türkiyədə təbii qaz tarifləri artırılıb

Türkiyənin BOTAŞ dövlət şirkəti yanvar ayı üçün təbii qaz üzrə tarifləri açıqlayıb.

Bu barədə Türkiyə mətbuatından məlumat verilib.

Belə ki, Türkiyədə təbii qaz tarifləri əhali üçün 25%, qeyri-əhali (sənaye sektoru) üçün 50%, elektrik enerjisi istehsalçıları üçün 15 % artırılıb.

Nəticədə əhali abonentləri üzrə min kubmetr təbii qazın qiyməti 1 860 lirə olub. İllik istehlakı 300 min kubmetrdən çox olan qeyri-əhali (sənaye) abonentləri üçün tarif 6 300 lirəyə, elektrik enerjisi istehsalçıları üçün isə 5 520 lirəyə qaldırılıb.

 

 

Mənbə:report.az
Son xəbərlər
Oxşar xəbərlər