28 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə yaşayış icazəsi almaq üçün tələblər sərtləşdirildi

Türkiyə daşınmaz əmlak almaqla yaşayış icazəsi almaq üçün yeni qaydalar tətbiq edib.

Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəldilib.

Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.

Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir.

Son xəbərlər
Digər xəbərlər