10 C
Baku
Friday, October 25, 2024

Türkiyədə yeni neft yatağının ehtiyatları 1 mlrd. barel səviyyəsindədir

Türkiyənin cənub-şərqində kəşf edilən yeni neft yatağının potensialı 1 mlrd. barel səviyyəsində qiymətləndirilir.

Bu barədə “CNN Türk” telekanalının efirində Türkiyənin mill neft şirkətinin (TPAO) rəhbəri Melih Xan Bilgin bildirib.

Onun sözlərinə görə, kəşf olunan yatağın ehtiyatlarının dəyəri 0-80 mlrd. dollar civarında qiymətləndirilir, bu da Türkiyə iqtisadiyyatına ildə 3-3.5 mlrd. dollar töhfə deməkdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən çərşənbə axşamı Şirnak vilayətinin Qabar dağ silsiləsi bölgəsində neft yatağının aşkar edildiyini açıqlayıb. Onun sözlərinə görə, yüksək keyfiyyətli neft 2.6 km dərinlikdə aşkar edilib, yatağın gündəlik hasilat gücü 100 min bareldir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər