17 C
Baku
Cümə, Oktyabr 22, 2021

Türkiyədə yerli vaksinin insan üzərində sınağı bu vaxtdan başlayacaq

“Apreldə yerli vaksinin insan üzərində sınağı başlayacaq”.

“Hurriyet” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Onun sözlərinə görə, yerli vaksinin klinikadan əvvəlki sınaq mərhələsi uğurla tamamlanıb: “Aprelin 1-dən vaksini insan üzərində sınaqdan keçirəcəyik. Peyvəndin Türkiyənin Əczaçılıq və Tibbi Cihazlar İdarəsi tərəfindən təsdiqlənməsi gözlənilir”.

Nazir Türkiyənin sənaye və vaksin sahəsində böyük inkişafa malik olduğunu da vurğulayıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər