26 C
Baku
Wednesday, July 17, 2024

Türkiyədə zəlzələdən sonra 820 mindən çox bina yararsız vəziyyətə düşüb

Fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra 820 mindən çox bina istismardan çıxarılıb.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

Onun sözlərinə görə, 11 əyalətdən 5-də dəymiş ziyanın qiymətləndirilməsinin başa çatmasından sonra məlum olub ki, 1 milyon 706 min bina dağılıb, dağılmaq ərəfəsində və ya orta dağılma dərəcəsində olan binalar 821 min 302 binadır.

Daha əvvəl Türkiyənin şəhərsalma naziri bildirib ki, dağıdıcı zəlzələlərin qurbanlarının sayı 48 min nəfərə çatıb.

Fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib, yeraltı təkanlar Suriya da daxil olmaqla qonşu ölkələrdə dağıntılara səbəb olub.

Son xəbərlər
Digər xəbərlər