25 C
Baku
Friday, July 19, 2024

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün tikilən ilk evlər sabah təhvil veriləcək

“Aprelin 22-də zəlzələdən zərərçəkən vətəndaşlarımız üçün inşa olunan ilk evləri təhvil verəcəyik”.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Memar Sinan məscidində qılınan bayram namazından sonra bildirib.

O xatırladıb ki, bu il Ramazan bayramı 11 əyalətdə baş verən təbii fəlakətə görə şadyanalıqla keçirilmir: “Çünki bayramı öz evində keçirə bilməyən, bayram edə bilməyən qardaşlarımız var. Zəlzələdən sağ çıxan ailələrimizin, ana və atalarımızın əllərindən öpürəm. Bütün Türkiyənin bayramını təbrik edirəm”.

Son xəbərlər
Digər xəbərlər