8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Türkiyədən 120 ədəd CNG avtobusları Bakıya gətirilir – Fotolar

“Xaliq Faiqoğlu” şirkəti Türkiyənin avtobus istehsalçılarından olan “Otokar Otomotiv ve Savunma Sanayi AŞ” ilə imzalanmış müqaviləyə əsasən 120 ədəd CNG növlü iritutumlu sərnişin avtobuslarının (onlardan 116 ədədi 12 metrlik, digər 4-ü isə 18,75 metrlik qoşqulu nəqliyyat vasitələridir) istehsal edilməsi və əvvəlcədən təyin edilmiş qrafik üzrə Bakıya gətirilməsi layihəsinin icrasını davam etdirir.
Bu günlərdə avtobusların ilkin hissəsi Bakı şəhərində “Xaliq Faiqoğlu” şirkətinə təhvil verilmişdir və nəqliyyat vasitələrinin Türkiyədən transfer işləri davam etdirilir.
Şirkətin baş direktoru Faiq Seyidov bildirib ki, hazırda “Otokar” avtobusları Türkiyənin böyük şəhərləri ilə yanaşı Fransa, Almaniya, İtaliya, İspaniya kimi ölkələrin paytaxtlarında da xidmət göstərir: “Yeni layihənin icrası həm də xeyli yeni iş yerlərinin açılması deməkdir. Çox şadıq ki, Bakı şəhərində də bu avtobusları sərnişinlərimizin xidmətinə təqdim edirik, yaxın günlərdə yeni müasir avtobuslarımız sərnişinlərimizin xidmətində olacaqdır.
Son xəbərlər
Oxşar xəbərlər