4 C
Baku
Sunday, December 4, 2022

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 33.5 faiz artıraraq 136.2 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Avqust ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 1.5 faiz azaldaraq 15.6 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 9.6 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 4.3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 1.3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 14.7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X