12 C
Baku
Bazar, Oktyabr 24, 2021

Türkiyədən Çinə bor məhsulları ilə yüklənmiş 2-ci ixrac qatarı yola salınıb

Bu gün Türkiyənin “Eti Maden” şirkətinin istehsalı olan bor məhsulları ilə yüklənmiş, 50 konteynerdən ibarət 2-ci ixrac qatarı Çinin Sian şəhərinə yola salınıb.

Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Xatırladaq ki, bundan əvvəlki ixrac qatarı bu ilin yanvar ayında yola çıxmışdı və 42 konteynerdən ibarət idi.

“Koronavirus (COVID-19) pandemiyasına görə dəniz nəqliyyatı ilə daşımaların artdığı, logistika sahəsində avadanlıq çatışmazlığının yarandığı bir şəraitdə Türkiyə ixracatçıları dəmir yolunun hesabına yarışa girib”, – o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər