Türkiyədən gətirilən 10 mindən çox qida əlavəsi məhv edilib

Azərbaycanda Türkiyədən idxal olunan 10 059 ədəd bioloji aktiv qida məhsulu (BAQM) təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olmadığı üçün məhv edilib.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal edilən iki adda bioloji aktiv qida məhsulu laborator müayinələrdən keçirilib.

Yoxlamalar zamanı “Baku Pharm” MMC-nin idxal etdiyi, Türkiyənin “Honor İlaç Sanayi Ve Ticaret Ltd Şti” şirkətinin istehsalı olan 5 059 ədəd “Nosetin” məhsulunun tərkibində L-karnitin və sitikolin maddələrinin miqdarının müəyyən edilmiş normadan aşağı olduğu aşkarlanıb.

Həmçinin “EN Life Group” MMC-nin idxal etdiyi, Türkiyənin “Aspar İlaç Kozmetik Gida Sanayi A.Ş.” şirkətinin istehsalı olan 5 000 ədəd “Magintens” məhsulunda B2 vitamini, eləcə də maqnezium bisqlisinat və maqnezium sitratın miqdarının normativ tələblərə uyğun olmadığı müəyyən edilib.

Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar hər iki məhsul partiyasının ölkədə dövriyyəyə buraxılmasının qarşısı alınıb və ümumilikdə 10 059 ədəd bioloji aktiv qida məhsulu məhv edilib.

whatsapp image 2026 11 04 at 154149 whatsapp image 2026 11 04 at 154142whatsapp image 2026 11 04 at 154142 1 1

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər