Türkiyədən Naxçıvana təbii qazın tədarükü ilə bağlı – Rəsmi açıqlama

“Azərbaycanın energetika naziri Pərviz Şahbazovla anlaşma memorandumu imzalamışdıq”.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyədən Naxçıvana təbii qaz boru xəttinin çəkilməsi layihəsi ilə bağlı suala cavabında deyib.

“Azərbaycanın bəzi texniki bəzi məlumatları təsdiqləməsini gözləyirik. O təsdiqlər gələn kimi xəttin inşasına başlayacağıq.

Bizim marşrut, araşdırma, ictimailəşdirmə, layihə dizaynı kimi hazırlıqlarımız bitdi. Birgə bir layihə icra olunur. Memorandum mətnindən fərqli olan, texniki baxımdan bəzi məlumatların bizimlə paylaşılmasına ehtiyac var.

SOCAR bu məlumatları verəndə, start vermiş olacağıq”, – nazir qeyd edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.