15 C
Baku
Tuesday, April 16, 2024

Türkiyəli iş adamı Almaniyada televiziya kanalı satın aldı

Türkiyəli iş adamı, media maqnatı və “Hull City” klubunun sahibi Acun İlıcalı Almaniyanın “SPORT1” idman kanalının səhmlərinin 50 faizini satın alıb.

Bu barədə İsveçrənin “Highlight Communications” media qrupunun verdiyi rəsmi açıqlamada bildirilib. Belə ki, “SPORT1”in səhmlərinin 50 faizi 30 milyon avro müqabilində “ACUNMEDYA”ya satılıb.

“ACUNMEDYA” tərəfindən istehsal olunan idmanla bağlı realiti-şou formatları gələcəkdə “SPORT1” kanalında yayımlanacaq.

Son xəbərlər
Digər xəbərlər