13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Türkiyəli nazir: “Azərbaycanla ticarətin dəyəri 15 milyard dollara çatdırılmalıdır”

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard ABŞ dolları civarında olub. Bu rəqəm bizi qane etmir və artırılmalıdır”.

Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Türkiyə İtaliyadan sonra Azərbaycanın məhsullarını ixrac etdiyi 2-ci ölkə, investisiya yatırdığı isə 1-ci ölkədir. Bu prosesdə Dövlət Neft Şirkətinin (SOCAR) rolu böyükdür. İki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard dollara çatmalıdır. Bunun üçün bütün problemlər aradan qaldırılmalıdır. 15-ə yaxın məhsulun gömrük rüsumlarından azad edilməsi qarşılılqlı ticarətin artırılmasına müsbət təsir edəcək”, – o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər
X