29 C
Baku
Tuesday, June 28, 2022

Türkiyənin Aİ üzvlüyünə dair danışıqların yeni mərhələsi

Brüssel Avropa İttifaqına Türkiyənin üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsinin açıldığını elan edib.

Banker.az BBC-yə istinadən xəbər verir ki, hazırkı dövrədə İttifaqın büdcəsinə maliyyə köçürmələri müzakirə olunacaq.

Bu elanla Aİ danışıqların davam etdirilməsi barədə mart ayında verdiyi vədini yerinə yetirir, Aİ işlərinə cavabdeh Slovakiya bildirib.

Türkiyənin üzvlüyü barədə məsələ birmənalı qarşılanmır və Britaniyada keçirilən Aİ referendumunda geniş müzakirə olunub.

Türkiyə danışıqların irəliləməsi müqabilində Aİ-də sığınacaq axtaran miqrantları geri qəbul etməyə razılıq verib.

 

Son xəbərlər
Oxşar xəbərlər