Çinin “Alibaba” şirkətinin hakim ortaq olduğu e-ticarət şirkəti “Trendyol” 2 milyard dollarlıq sərmayə axtarışındadır.
Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, “Softbank” və “Global Atlantic” şirkətin investisiya danışıqlarında iştirak edirlər.
Maliyyələşmənin iyun ayında tamamlanmasının gözlənilir. Aprel ayında şirkətin 1 milyard dollarlıq investisiya turuna çıxdığı bildirilmişdi. Nəhayət, Alibaba şirkətə 350 milyon dollar sərmayə qoyub, şirkətin dəyəri isə 11 milyard dollara yüksəlib.
2018-ci ildə 728 milyon dollarlıq sərmayə ilə “Trendyol”un təxminən 75%-ni alan Çin e-ticarət nəhəngi “Alibaba Group”, 2018 və 2020-ci illərdə əlavə sərmayələrinin ardından 24 Mart 2021-ci ildə yatırdığı son sərmayə ilə şirkətdəki payını 86.5%-ə çatdırıb.