26 C
Baku
Saturday, July 27, 2024

Türkiyənin alış-veriş saytı 2 milyard dollarlıq sərmayə cəlb edir

Çinin “Alibaba” şirkətinin hakim ortaq olduğu e-ticarət şirkəti “Trendyol” 2 milyard dollarlıq sərmayə axtarışındadır.

Banker.az Türkiyə Mediasına istinadən xəbər verir ki, “Softbank” və “Global Atlantic” şirkətin investisiya danışıqlarında iştirak edirlər.

Maliyyələşmənin iyun ayında tamamlanmasının gözlənilir.  Aprel ayında şirkətin 1 milyard dollarlıq investisiya turuna çıxdığı bildirilmişdi. Nəhayət, Alibaba şirkətə 350 milyon dollar sərmayə qoyub, şirkətin dəyəri isə 11 milyard dollara yüksəlib.

2018-ci ildə 728 milyon dollarlıq sərmayə ilə “Trendyol”un təxminən 75%-ni alan Çin e-ticarət nəhəngi “Alibaba Group”, 2018 və 2020-ci illərdə əlavə sərmayələrinin  ardından 24 Mart 2021-ci ildə  yatırdığı son sərmayə ilə şirkətdəki payını 86.5%-ə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər