17 C
Baku
Sunday, May 19, 2024

“Türkiyənin Azərbaycana investisiyalarının artmasına şərait yaranacaq”

Azərbaycan və Türkiyə arasında ikiqat vergitutmanın aradan qaldırılması Türkiyənin Azərbaycana investisiyalarının artmasına, iki ölkənin sahibkarlarının biznes fəaliyyəti üçün əlverişli mühitin formalaşmasına şərait yaradacaq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, bununla bağlı imzalanmış sazişlə qarşı tərəf Azərbaycana münasibətdə yalnız hüquqi şəxslər üçün mənfəət vergisi, fiziki şəxslər üçün isə gəlir vergisi tətbiq edəcək: “Ölkələrdən birinin rezidentinin digər ölkədə vergiyə cəlb edilə bilən gəliri olduqda, rezidenti olduğu ölkə onu eyni məbıəğdə gəlir vergisindən azad edəcək. Sadə dillə desək, Azərbaycan vətəndaşı Türkiyədə gəlir vergisinə cəlb edilsə, onun ölkəmizdə ödəyəcəyi vergi həmin məbləğdə azaldılacaq”.

“Azərbaycanla Türkiyə arasında münasibətlər sürətlə inkişaf edir. Ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki ilə nisbətən 31% artaraq 7.65 milyard ABŞ dollarına çatıb. Hazırda Türkiyədə 2.8 min Azərbaycan şirkəti, Azərbaycanda isə 5 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir”, – deyə T.Mirkişili əlavə edib.

Xatırladaq ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” bu ilin fevral ayında Ankara şəhərində imzalanıb.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər