27 C
Baku
Thursday, August 11, 2022

Türkiyənin ixracatı mayda 15.3% artıb

Türkiyənin ixracatı may ayında əvvəlki ilin eyni ayına nisbətdə 15.3% artaraq 18.98 mlrd. ABŞ dollarına, idxalı isə 43.5% artaraq 29.58 mlrd. dollara çatıb.

Bu barədə Türkiyə Statistika İnstitutu və Ticarət Nazirliyinin hesabatında deyilir.

Xarici ticarət kəsiri may ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 155.2% artaraq 10.6 mlrd. dollara çatıb.

Əgər 2021-ci ilin may ayında ixrac və idxalın nisbəti 79.8% idisə, ötən ay bu, 64.2% enib.

Enerji və qızıl istisna olmaqla xarici ticarət

Enerji qaynaqları və qeyri-monetar qızıl xaric ixracat may ayında 13.2% artaraq 15.47 mlrd. dollardan 17.51 mlrd. dollara yüksəlib. May ayında enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla idxal isə 22.6% artaraq 17.33 mlrd. dollardan 21.26 mlrd. dollara yüksəlib.Enerji resursları və qeyri-monetar qızıl istisna olmaqla, may ayında xarici ticarətin müsbət saldosu 3.75 mlrd. dollar təşkil edib. Xarici ticarətin həcmi isə 18.2% artaraq 38.77 mlrd. dollar olub. Sözü gedən ayda enerji və qızıl istisna olmaqla ixracın idxala nisbəti 82.4% təşkil edib.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər