36 C
Baku
Wednesday, August 17, 2022

Türkiyənin İzmir şəhərində 6.6 bal gücündə zəlzələ olub

Türkiyədə Egey və Mərmərə dənizlərində 6,6 maqnitudalı zəlzələ olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) verdiyi xəbərə görə, zəlzələnin mərkəzi İzmirin Seferhisar sahilində yerli vaxtla 14.51-də qeydə alınıb.

Zəlzələnin mərkəzi yerin 16 kilometr dərinliyində olub.

Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur, afterşokların davam etdiyi bildirilir.

Qeyd edək ki, bu gün Bingöl vilayətində də yerli vaxtla saat 11.48-də 4,1 bal gücündə zəlzələ də baş verib. Zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.

Son xəbərlər
Oxşar xəbərlər