19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Türkiyənin keçmiş baş naziri vəfat edib

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyə Prezidenti yanında Məşvərət Şurasının üzvü, ölkənin keçmiş baş naziri, parlamentin sabiq sədri Yıldırım Akbulut vəfat edib.

“Anadolu” xəbər verir ki, o, aprelin 14-də müalicə aldığı Ankara Universitetinin xəstəxanasında 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Y.Akbulut 1935-ci ildə Ərzincan şəhərində doğulub. O, İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. 1984-1987-ci illərdə Turqut Özal hökumətində daxili işlər naziri olub.

Y.Akbulut 1987-1989-cu illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri işləyib. T.Özal ölkə prezidenti seçildikdən sonra Ana Vətən Partiyasının (ANAP) sədri seçilib və 1989-91-ci illərdə Türkiyənin baş naziri vəzifəsini tutub.

O həmçinin 1999-2000-ci illərdə yenidən TBMM-in sədri vəzifəsində çalışıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər