Türkiyənin kredit “köpüyü” çökür

0

Son 5 ildə iqtisadiyyatçılar Türkiyə iqtisadiyyatnda baş verən təhlükəli kredit “köpüyü” barədə dəfələrlə xəbərdarlıq ediblər.

Banker.az xəbər verir ki, “Forbes” jurnalının yazarı Cessi Kolimboya görə ultra aşağı faiz dərəcələri  borcların artmasına gətirib çıxarıb. Bu da süni iqtisadi yüksəlmə ilə nəticələnib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2018-ci ilin yayından etibarən Türkiyənin Mərkəzi Bankı lirənin enməsinin qarşısını almaq üçün faiz dərəcələrini kəskin artırıb. Həmin vaxt mütəxəssislər  bu kəskin dərəcə artımının Türkiyədə uzunmüddətli kredit “köpüyü” partladacaq bir iynəyə çevriləcəyi barədə xəbərdarlıq ediblər.

Aşağıdakı cədvəldən də göründüyü kimi  kredit “köpüyü” məsələsi Türkiyədə 2000-ci ilin əvvəllərində başlayıb. Özəl sektorun kreditləşməsi  2003-cü ildə ÜDM-in 15%-dən 2016-cı ildə ÜDM-in 70%-dək artmışdır.  Özəl sektora qoyulan kreditlər 2010-2018-ci illər ərzində 6 dəfə artıb.

2009-2018-ci illərdə Türkiyədə faiz dərəcələri  ən yüksək rekord göstəriciyə çatıb. Bu da ölkədə  kredit “köpüyü”nün hədsiz artımına gətirib çıxarıb.  2018-ci ildə, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) dərəcələri  8%-dən 24%-ə qaldırandan sonra Türkiyədə aşağı faiz dərəcələri əsri başa çatıb. Sürətli faiz dərəcələri artımı, qaydası üzrə kredit “köpüyü” partlayışı, kredit böhranı və resessiya ilə nəticələnib.

2018-cu ilin avqust ayından bəri Türkiyə kredit böhranı yaşayır.

Jurnalın yazısına əsasən, bundan da daha pis vəziyyət ondan ibarətdir ki, ÜDM-in 2018-ci ilin dördüncü kvartalında 2,4%, üçüncü kvartalında isə 1,6% enməsindən sonra Türkiyə resessiya içindədir:

Türkiyə hökuməti  və bir çox şərhçilər ölkənin iqtisadi böhranında Tramp administrasiyasını və xarici spekulyatorları günahlandırırlar.

Ancaq əslində bu vəziyyət çox illər əvvəl , kredit “köpüyü” yarandığı vaxt başlayıb. Türkiyə Mərkəzi Bankı faiz dərəcələrini uzun müddət ərzində çox aşağı səviyyədə saxlayanda balans tarazlığı təhlükəli hal alır. Və əgər  bazarlar və iqtisadiyyat stabilləşməyə çalışarlarsa,təhlükə qaçılmazdır. Təəssüf ki, Türkiyədə böhran və tənəzzül ilkin mərhələdədir.

Kredit “köpüyü” ilə bağlı bu 15 illik vəziyyəti 6 aya həll etmək mümkün olmayacaq.