8 C
Baku
Sunday, January 29, 2023

Türkiyənin pul köçürmələri şirkəti Azərbaycan bazarına daxil olmağa hazırlaşır

Türkiyənin “PG Para” pul köçürmələri şirkəti Azərbaycan bazarına daxil olmağa hazırlaşır.

Bunu şirkətin baş direktoru Muhəmməd Dilqəm Şəmsu deyib.

O bildirib ki, bununla bağlı Azərbaycan bankları ilə görüşlər keçirilib, əməkdaşlıq və onun hüquqi tərəfləri müzakirə edilib. M.D.Şəmsu qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün həm də Azərbaycan Mərkəzi Bankından icazə alınmalıdır və bununla bağlı müraciət edəcəyik. Bütün məsələlər həll edilərsə, şirkət bu ilin sonuna kimi Azərbaycanda fəaliyyətə başlayacaq. “PG Para” ilkin olaraq 500 min dollar investisiya planlaşdırıb. Təbii ki, fəaliyyət genişləndikcə yatırımın həcmi də artacaq”.

M.D.Şəmsu hesab edir ki, hazırkı şəraitdə Azərbaycana pul köçürmələrinin çox, bu sahədə fəaliyyət göstərən şirkətlərin az olması bu sahədə xidmət keyfiyyətini artırmağı zəruri edib: “Xaricdə çalışan, yaşayan azərbaycanlıların çox olması Azərbaycana pul köçürmələrini artırır. Amma pul köçürmələri sahəsində fəaliyyət göstərən şirkətlər həm azdır, həm də tətbiq edilən xidmət haqqı çox yüksəkdir. Ona görə də istəyirik ki, həm keyfiyyətli, həm də daha aşağı tariflərlə xidmət göstərək”.

Qeyd edək ki, 2016-ci ildə Türkiyədə fəaliyyətə başlayan “PG Para” 160 ölkədə pul köçürmələri sahəsində fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X