21 C
Baku
Friday, May 31, 2024

Türkiyənin yeni baş naziri Cavid Qurbanovla görüşüb

Ötən gün prezident İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun Türkiyənin baş naziri postuna namizədliyi qeydə alınmış nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırımla işgüzar görüşü baş tutub.

Təkbətək keçirilən görüş zamanı Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikintisi və gələcək perspektivləri, yükdaşıma, sərnişindaşıma mözvularında ətraflı müzakirələr aparılıb.
Görüş sonrası Binəli Yıldırım Cavid Qurbanovu şəxsən Ədalət və İnkişaf Partiyasının (AKP) ötən gün keçirilən qurultayına dəvət edib.

Qeyd edək ki, Binəli Yıldırım uzun müddət Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifəsində çalışıb. Həmin müddətdə Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla birlikdə Türkiyə tərəfdən həmin nəhəng layihənin gerçəkləşməsində birbaşa iştirakçı olub.

Yeri gəlmişkən, bu yaxınlarda hər iki yüksək çinli məmurun Ankarada görüşü baş tutmuşdu. Görüşün əsas mövzusu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı olmuşdu.

Binəli Yıldırım Cavid Qurbanovla bir arada - Fotolar

 -Qafqazİnfo

Son xəbərlər
 ⁠
Digər xəbərlər