20 C
Baku
Friday, May 10, 2024

Türkiyənin yuyucu toz nəhəngi Azərbaycanda zavod açmaq üçün danışıqlar aparır

Türkiyənin xarici ölkələrə təmizlik və fərdi qulluq vəsaitələri ixrac edən şirkətlərinə daha bir nəhəng şirkət də qoşulub. Bu sahədə qabaqcıl təcrübəyə malik “ABC Deterjan San ve Tic A.Ş.” şirkəti Azərbaycana investisiya qoymaq niyyətindədir.

Banker.az xəbər verir ki, artıq şirkətin rəhbərliyi Azərbaycana gələrək əməkdaşlıq və istehsalla bağlı danışıqlara başlayıb. Görüşdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin sədri Mustafa Başer iştirak edib. İqtisadiyyat naziri Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib. “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. 

istehsal dondurma icecreamGörüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.

“ABC Deterjan” şirkəti 1972-ci ildə Türkiyədə daxili və beynəlxalq bazarlara kimyəvi xammal istehsal etmək üçün 100% yerli sərmayə ilə yaradılıb. Şirkət ilk yuyucu toz xammalı istehsalını 1974-cü ildə həyata keçirib. “ABC Deterjan” 70-ci ilin sonlarından yuyucu tozlar istehsal edir. İstanbul Sənaye Palatasının açıqlamasına görə, bu il 445 milyon lirə dövriyyəsi olan şirkət Türkiyə şirkətləri arasında 469-cu yerdədir. Şirkət hazırda Türkiyənin və regionun ən təcrübəli və ən güclü təmizlik məhsulları istehsalçılarından biridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər