16 C
Baku
Wednesday, May 22, 2024

Türkiyəyə nüvə enerjisi olan ölkə statusu veriləcək

Türkiyə aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasına ilk nüvə yanacağı verilməsi ilə nüvə enerjisi olan ölkə statusu qazanacaq.

Daha sonra elektrik stansiyasında yanacaq sınaqları və sertifikatlaşdırma prosesləri başlayacaq.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsindəTürkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

MənbəTrend
Son xəbərlər
 ⁠
Digər xəbərlər