Bu ilin yanvar-avqust aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 147 533 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,3% azdır.
Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilir.
Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 152 591 133 409 min barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.