8 C
Baku
Monday, December 23, 2024

Türkiyə ərazisindən BTC vasitəsilə neftin nəqli 3%-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 183 945 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 3,55% azdır.

Bu barədə Türkiyənin borularla nəqletmə operatoru olan “BOTAŞ” şirkətinin məlumatında bildirilib.

Məlumata görə, 2023-cü ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 190 706 min barel neft nəql edilib.

Qeyd edək ki, ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər