2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə 4 ölkə ilə ticarətdə milli valyutadan istifadə edəcək

Türkiyə 4 ölkə – Rusiya, İran, Çin və Ukrayna ilə ticarətdə milli valyutadan istifadə etməyə hazırlaşır.

Banker.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlubildirib.

“Hazırda valyuta məzənnələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Adını çəkdiyim 4 ölkədən başqa, digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”, – deyə nazir qeyd edib.

Son xəbərlər
Digər xəbərlər