Dünyanın aparıcı turizm bölgələrindən olan Türkiyə 2023-cü ildə illik 10% artımla 56.7 milyon beynəlxalq ziyarətçini qəbul edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin hesabatında qeyd edilib. Bildirilib ki, ölkənin turizm gəliri illik müqayisədə 17% artaraq 54.3 milyard dollara, ziyarətçilərin bir gecəlik ortalama xərcləri isə 99 dollara çatıb. Beynəlxalq ziyarətçilərin sayı və turizm gəlirləri ölkənin rekord göstəriciləri olaraq açıqlanır.
2023-cü ildə rekorda imza atan qonşu dövlət 2024-cü il ərzində 60 milyon turist cəlb etməyi və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyib.