12 C
Baku
Wednesday, December 11, 2024

Türkiyə ABŞ-dən nüvə reaktorları alacaq

Türkiyə hökuməti və özəl şirkətləri ABŞ ilə kiçik nüvə reaktorları almaq üçün danışıqlar aparır.

Məlumata görə, qardaş ölkə kömürdən imtina etməyə ümid edir.

“Kömürlə işləyən elektrik stansiyalarını əvəz etmək üçün nüvə enerjisinə ciddi maraq var”, – deyə ABŞ Dövlət Departamentinin nüvə kommersiya rəqabətliliyi üzrə baş məsləhətçisi Castin Fridman bildirib.

O, Türkiyənin 2050-ci ilə qədər 20 giqavat nüvə enerjisi istehsal gücünə sahib olmaq hədəfinə istinad edərək, ölkənin SMR kimi tanınan 35-ə qədər kiçik modul reaktor almaq imkanı olduğunu söyləyib.

Türkiyənin Energetika Nazirliyinin məlumatına görə, ölkədə ötən il elektrik enerjisinə olan tələbatının təxminən üçdə birini təmin edən 68 kömür elektrik stansiyası var. Türkiyə 2053-cü ilə qədər karbon emissiyasını sıfıra endirməyi hədəfləyir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər