Türkiyə 40 ədəd “F-16” qırıcı təyyarəsi almaq üçün ABŞ-a müraciət edib.
“HaberGlobal” xəbər verir ki, rəsmi Ankara həmçinin hərbi arsenalındakı 80 ədəd “F-16″nı modernləşdirmək niyyətindədir.
Sifarişin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir.
Satışın gerçəkləşməsi üçün ABŞ Dövlət Depatamenti və Konqresin təsdiqi olmalıdır.