17 C
Baku
Saturday, May 18, 2024

Türkiyə ABŞ-la LNG tədarükü barəsində danışıqlar aparır

Türkiyə qış aylarında problem yaşamamaq üçün mayeləşdirilmiş təbii qazın (LNG) alınması barəsində ABŞ-la danışıqlar aparır.

Bu barədə “Dünya” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiyadan Türkiyəyə qaz tədarükündə hələlik heç bir təhlükə olmasa da, istehlakın həddindən artıq artması halında ötən il yaşanan problemlər də nəzərə alınır.

“”Dünya”nı məlumatlandıran mənbələr ABŞ-dan mayeləşdirilmiş təbii qazın alınması ilə bağlı danışıqların davam etdiyini bildirib. Bu görüşlərdə xəzinə zəmanətli modelin də gündəmdə olduğu öyrənilib”, – məlumatda qeyd olunub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər