Türkiyənin ABŞ-yə silah ixrac edəcəyi bildirilib.
Bu barədə Türkiyənin TUSAŞ silah sənayesi şirkətinin baş katibi Mehmet Demiroğlu “TRT Haber”ə müsahibəsində deyib.
O, ABŞ-yə ixrac olunması nəzərdə tutulan silahların nədən ibarət olduğunu açıqlamayıb.
M.Demiroğlu bu istiqamətdə işlərin davam etdiyini diqqətə çatdırıb.
Baş katib Misir tərəfindən Türkiyənin “Hürjet” döyüş təyyarəsinə ciddi maraq göstərildiyini söyləyib.
“Qardaş ölkələrə satışlarımız isə davam edir”, – şirkət rəsmisi vurğulayıb.