Afrika ölkələrinə daha çox taxılın tədarükünə ehtiyac var.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cənubi Afrika Respublikasından olan həmkarı Naledi Pandor ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, ölkəsi bu istiqamətdə Rusiya və Ukrayna ilə danışırlar aparır: “Türkiyə bununla bağlı Afrikaya təmənnasız şəkildə taxıl ixracı həyata keçirə bilər”.